"Qırmızı” səhvini üzünə vurdu: "Bu, doğru deyil" - VİDEO

1 Dekabr 2025 15:00 Sumqayıt 1 107
"Qırmızı” səhvini üzünə vurdu: "Bu, doğru deyil" - VİDEO

"Belə ikinci sarı vərəqə göstərmək doğru deyil ".

Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" matçının (2:4) hakimliyindən bəhs edib.

Tanınmış teleşərhçi Fərid Hacıyevin idarəçiliyini tənqid atəşinə tutub, adıçəkilən referinin ev sahiblərinin müdafiəçisi Rayan Senhadjiyə göstərdiyi ikinci sarı vərəqənin doğru olmadığını bildirib.

Abbasov Hacıyevin yanlış qərarını incələyib, onun "gənclik şəhəri" təmsimlçisinin fransalı legionerinə münasibətdə ədalətsiz davrandığını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə