Qalmaqal saldı, hər şeyi "Sportinfo"ya DANIŞDI: “Səhv məndədir, üzr istəyirəm”

30 Noyabr 2025 16:20 Sumqayıt 2 203
Qalmaqal saldı, hər şeyi "Sportinfo"ya DANIŞDI: “Səhv məndədir, üzr istəyirəm”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 13-cü turunda "Şamaxı"nı məğlub etdikləri (2:1) matç barədə Sportinfo.az-a açıqlama verib:

"Çətin oyun oldu. Xüsusilə süni örtüklü meydançada və "Şamaxı" kimi komandaya qarşı.

Amma oyunumuz gözəl alındı. İki yaxşı qol vurduq, sevincliyəm".

Serbiyalı mütəxəssis son dəqiqələrdə həmkarı Ayxan Abbasovla arasında yaşanan qalmaqala da aydınlıq gətirib:

"Bu mənim səhvimdir. İlk öncə həm heyətdən, həm də rəqib baş məşqçidən üzr istəmək istəyirəm.

Bu futboldur, emosiya olur. Jesti xüsusi olaraq kiməsə göstərmirdim. Futbolçu olmuşam. Başa düşürəm, vaxt uzadırdılar".

Gərək olmayaydı. Təəssüf ki, oldu".

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 16:10 Çək və bizə göndər!
17 Yanvar 08:50 "Qarabağ"ın 3:1 FOTOLARı
17 Yanvar 02:30 Yoxladılar - 1:0