“Qarabağ” bizə ikinci dəfə uduzmaq istəmədi - Bircə bu ürəyimizcə olmadı”

30 Noyabr 2025 02:50 Sumqayıt 619
“Qarabağ” bizə ikinci dəfə uduzmaq istəmədi - Bircə bu ürəyimizcə olmadı”

“İlk dövrədəki məğlubiyyət “Qarabağ”ı motivasiya etmişdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqanın 12-ci turunda “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

25 yaşlı forvard qeyd edib ki, “Qarabağ” mövsümdə ikinci dəfə “Sumqayıt”a uduzmaq istəmirdi:

“Oyuna həmişəkindən bir qədər də artıq köklənmişdilər. İstəmirdilər ki, bizə ikinci dəfə uduzsunlar.

Bu da işimizi daha da çətinləşdirirdi. Çünki “Qarabağ” ın üzvləri həm fərdi, həm də komanda şəklində çox güclüdürlər”.

Əhmədzadə bu matça tam heyətlə hazırlaşa bilmədiklərini vurğulayıb:

“Millidə olan futbolçularımız var idi. Hətta bəziləri düşərgəyə oyuna 1 gün qalmış qayıtmışdılar.

Ona görə də bu matça tam heyətlə hazırlaşa bilməmişdik. Ümumilikdə çıxışımızdan razıyam. Bircə nəticə ürəyimizcə olmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti