“Sumqayıt”ın Samir Abasovu baş məşqçi postuna geri qaytarmaq niyyəti varmı?

09:00 Sumqayıt 437
“Sumqayıt”ın Samir Abasovu baş məşqçi postuna geri qaytarmaq niyyəti varmı?

Ölkə çempionatının XII turunda “Neftçi”nin “İmişli”yə məğlubiyyətindən sonra (2:3) paytaxt klubunu baş məşqçisi Samir Abbasovun tezliklə istefaya göndəriləcəyi və hətta ötən mövsümün ortasında ayrıldığı “Sumqayıt”a qayıda biləcəyi ilə bağlı xəbərlər artıb.

Sportinfo.az xəbər verir ki, idman.biz mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan bu mələni dəqiqləşdirmək üçün “Sumqayıt”ın Müşahidə Şurasının sədri Elnur Məmmədliyə müraciət edib.

“Bizim özümüzün kifayət qədər işimiz var və digər klublarda nə baş verdiyini izləməyə vaxtımız yoxdur.

“Neftçi”də vəziyyət necədir bilmirəm, amma “Sumqayıt”da baş məşqçi var və klub ona tam etibar edir.

“Sumqayıt”ın qarşıdakı iki il üçün müəyyənləşdirilmiş strategiyası var və biz onu dəyişməyi düşünmürük.

“Neftçi”yə problemlərini tez bir zamanda həll etməyi, Samir Abbasova isə qarşıdakı işlərində uğurlar arzulayıram”, - deyə Elnur Məmmədli fikrini tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR
24 Noyabr 02:40 "Hədəflərim böyükdür"