“Sumqayıt” AFFA-ya şikayət edəcək - Bir neçə qərara görə

01:00 Sumqayıt 78
“Sumqayıt” AFFA-ya şikayət edəcək - Bir neçə qərara görə

"Sumqayıt" Premyer Liqanın 12-ci turunun "Qarabağ"la matçındakı hakim idarəçiliyindən narazı qalıb.

Sportinfo.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi bununla bağlı AFFA Hakimlər Komitəsinə şikayət edəcək.

"Sumqayıt"ın etirazı xüsusən iki epizodla bağlıdır. Klub 11-ci dəqiqədə rəqib futbolçu Emmanuel Addaiyə verilən sarı vərəqə qərarından narazıdır. Onlar epizodun qırmızı vərəqə olduğunu iddia edir.

Növbəti etiraz isə Rayan Senhadjinin qırmızı vərəqəsi ilə bağlıdır. "Kimyaçılar" 60-cı dəqiqədə verilən qərarın ağır olduğu fikrindədir.

"Sumqayıt" mövsüm ərzində keçirilmiş digər oyunlarda da komandanın əleyhinə qərarlar verildiyi qənaətindədir. Hakimlər Komitəsinə əvvəlki matçlardakı epizodların da videosu təqdim olunacaq.

"Sumqayıt" - "Qarabağ" qarşılaşması qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 20:00 Çək və bizə göndər!
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...