“Qarabağ”a qarşı oyunumuzdan razıyam, nəticə buna görə olmadı”

01:00 Sumqayıt 104
“Qarabağ”a qarşı oyunumuzdan razıyam, nəticə buna görə olmadı”

“Uduzsaq da, yaxşı oynadıq,Ş komandamızın çıxışını bəyəndim.

Həm də unutmaq olmaz ki, “Qarabağ”a qarşı oynayırdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqanın 12-ci turunda “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O bildirib ki, nəticə tam da oyuna uyğun olmayıb:

“Qarabağ” bizə qarşı demək olar ki, əsas, Çempionlar Liqasında oynadığı heyətin 80 faizi ilə oynayırdı.

Bu komanda Çempionlar Liqasında oynayır və hansı nəticələr qazandığını hamımız gözəl bilirik.

Ona görə də “Qarabağ”a qarşı sərgilədiyimiz oyunumuzdan razıyam. Lakin hesab edirəm ki, bir qədər nəticə oyuna görə olmadı”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 20:00 Çək və bizə göndər!
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!