"Sumqayıt"ın hücumçusu Aleksandr Romalinqom Premyer Liqanın 12-ci turunda "Qarabağ"a məğlub olduqları oyundan (2:4) sonra Sportinfo.az-a müsahibə verib.
- İlk öncə dolu tribunalar önündə keçənoyun barədə nələr deyə bilərsən?
- Stadionda oynamaq üçün çox yaxşı atmosfer var idi. Düzdü, 3 xalı ala bilmədik, amma 1-ci dəqiqədən sona qədər hər şeyimizi meydanda verdik. Təəssüf ki, nəticə arzuolunan olmadı.
- Mövsümdə ikinci dəfə son çempiona qarşı yaxşı çıxış etdiniz. Bunun sirri nədədir?
- Məşqlərdə yaxşı işləyirik. Bütün kollektivlə birlikdə məşqdə və oyun ərzində hər şeyi verməyə çalışırıq.
- Qırmızı vərəqə olmasa, xal qazanmaq ehtimalınız real görünürdü?
- Bəli. Məncə, geri qayıtmaq şansımız var idi. Amma qırmızı vərəqə qərarı sərt idi və oyunu öldürdü. Mənim üçün 2-ci sarı vərəqə deyildi! Ən pisi isə oyunçunun artıq sarı vərəqəsi olmasıdır.
- İlk hissədə səninlə Addai arasında yaşanan epizodu hakim sarı vərəqə ilə qiymətləndirdi. Ədalətli hesab edirsən?
- Hakim deyir ki, qola tək getmirəm, amma buna əmin deyiləm. Biz nə edə bilərik? Onlar qərar verirlər
- Yenə penalı qaçırdın. Bu lənəti üzərindən niyə ata bilmirsən? Karyeranda oxşar hal yaşanıb?
- İlk dəfə mənim başıma belə şey gəlir. 3 ildi penal qaçırmırdım.
- Oyundan sonra baş məşqçi və komanda yoldaşların arasında bu barədə söhbətin oldu?
- Əlbbət, aramızda danışırıq. Səhv edirəm, amma xal toplamalıyıq. Buna görə məsuliyyət daşıyıram.
XANOĞLAN İMANOV

