Premyer Liqanın 12-ci turunun maraqlı görüşlərindən biri Sumqayıtda keçirildi.
"Sumqayıt" doğma meydanda lider "Qarabağ"a məğlub oldu - 2:4.
Kifayət qədər gərgin və dinamik keçən matçdan sonra dəhlizdə maralı mənzərə yaranıb.
Belə ki, meydan sahibləri dilxor halda paltardəyişmə otağının yolunu tutub.
Və bu əsnada bir neçəsi yoldaşlarından ayrılaraq dəhlizdə gözləməyi seçib.
Qısa müddət sonra Keffel Resende, Pedro Pinto və digərlərinin atdığı addım aşkara çıxıb.
Adıçəkilənlər rəqib oyunçular meydanı tərk edən kimi forma dəyişmək üçün hərəkətə keçiblər.
Portuqaliyalı müdafiəçi Leandro Andrade ilə, braziliyalı arxa xətt oyunçusu isə Kamilo Duranla barterdə anlaşıblar.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anda yaşananları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

