İtaliyada 4 klub dəyişmiş hücumçu: “Bunu yalnız “Qarabağ" edə bilər”

22 Noyabr 23:40 Sumqayıt 135
İtaliyada 4 klub dəyişmiş hücumçu: “Bunu yalnız “Qarabağ" edə bilər”

“Bu, bizimlə yox, çempionatla bağlıdır”.

“Sumqayıt”ın hücumçusu Nikola Ninkoviç Sportinfo.az-a açıqlamasında belə deyib.

Serbiyalı legioner “Sumqayıt”da sabitliyin olmaması nə ilə bağlıdır” sualına cavabında bunları söyləyib:

“Azərbaycanda ilk ilimdir, lakin Premyer Liqanın ağır olduğunu deməliyəm. Birinci sırada olan “Qarabağ”a, yaxud sonuncu yerdə olan “Kəpəz”ə qarşı oynamaq heç də asan deyil.

“Zirə”, “Neftçi”, “Sabah”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi rəqiblər var. Bu cür mübarizədə hər cür nəticə gözləniləndir.

Hər oyunu qalib başa vurmaq mümkün deyil. Hətta heyətinə görə bizdən güclü komandalar da xallar itirir.

Bu çempionatda yalnız “Qarabağ” 3-4 matçda ardıcıl qələbələr qazana bilər”.

“Partizan”da yetişən, əsas komandanın kapitan sarğısını daşıyan, 2016-2021-ci illər aralığında İtaliyada “Cenoa”, “Kyevo”, “Empoli”, “Askoli” kimi komandaların şərəfini qoruyan forvard bu ilin yayından “Sumqayıt”ın formasını geyinir.

30 yaşlı balkanlı “gənclik şəhəri” təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 08:20 Azərbaycan 10-cu oldu