Premyer Liqanın XII turunda "Qarabağ" səfərdə "Sumqayıt"a qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Toral Bayramov (42), Abdullah Zubir (63) və Aleksey Kaşuk (90+3) fərqləniblər. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Höccət Haqverdi (30) və Nsana Simon (83) vurublar.
Meydan sahiblərinin heyətində 59-cu dəqiqədə Rayan Senhadji ikinci sarı vərəqənin ardından meydandan qovulub. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penalti zərbəsindən yararlana bilməyib.
"Qarabağ" 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan "Sumqayıt" dördüncü sırada qərarlaşıb.
“Sumqayıt” - “Qarabağ” 2:4
Qollar: Höccət Haqverdi, 31; Nsana Simon, 84 // Leandro Andrade, 6; Toral Bayramov, 42; Abdullah Zubir, 63; Aleksey Kaşuk, 90+3
M.H. Sumqayıt şəhər stadionu, 9100 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Rəhman İmami, Kərim Zeynalov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Rayan Senhadji, 14; 60 (qeyri-idman hərəkəti); Pedro Pinto, 69 (qeyri-idman hərəkəti) // Mateus Silva, 2 (qeyri-idman hərəkəti); Emmanuel Addai, 11 (qeyri-idman hərəkəti); Kevin Medina, 36 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Rayan Senhadji, 60
Qolla nəticələnməyən penalti: Aleksandr Ramalinqom, 77
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.
“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
(19. Roi Kehat, 69)
8. Səbuhi Abdullazadə (k)
(6. Rauf Rüstəmli, 78)
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
71. Masaki Murata
(10. Nikola Ninkoviç, 69)
80. Keffel Resende
(75. Nadir Orucov, 78)
11. Aleksa Yankoviç
(95. Nsana Simon, 69)
25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
21. Nihad Əhmədzadə
66. Ruslan Əliyev
37. Nihad Orucəli
97. Vüsal Paşayev
23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç
“Qarabağ”
99. Mateus Koxalski
13. Bəhlul Mustafazadə
(18. Dani Bolt, 70)
27. Toral Bayramov
(7. Nəriman Axundzadə, 78)
10. Abdullah Zubir (k)
(44. Elvin Cəfərquliyev, 70)
81. Kevin Medina
2. Mateus Silva
9. Joni Montiel
(8. Marko Yankoviç, 70)
15. Leandro Andrade
(21. Aleksey Kaşuk, 78)
35. Pedro Bikalyo
11. Emmanuel Addai
17. Kamilo Duran
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
22. Musa Qurbanlı
3. Sami Mmae
6. Kris Kuaku
Baş məşqçi: Qurban Qurbanov

