İdman Nazirliyi bu stadionu öz balansına keçirə bilmədi - Yeni sahibi başqa qurum oldu

16:00 Sumqayıt 339
İdman Nazirliyi bu stadionu öz balansına keçirə bilmədi - Yeni sahibi başqa qurum oldu

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ətrafında illərdən bəri davıam edən qeyri-müəyyənliyə son qoyulub.

2024-cü ilin fevralında yenidən istifadəyə verilən arena Gənclər və İdman Nazirliinin (GİN) balansına keçməyib.

GİN idman qurğusuna nəzarətə yiyələnmək üstündə çox əlləşib-vuruşsa da, istəyinə çatmayıb. Məkan Sumqayıt şəhər İcra Hakimiyyətinin mülkiyyətinə verilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, proses müəyyən səbəblərə görə təxirə salınıb. Yalnız 1963-cü ildə tikintiyə başlanılıb və 1966-cı il iyulun 1-də hazır olub

21 noyabr 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev stadionun yenidən qurulması ilə bağlı tədbirlər planı barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, stadionun yenidən qurulması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Stadionda tikinti işləri mərhələli şəkildə icra edilməklə, 2024-ci ildə başa çatdırılıb.

Tamaşaçı tutumu 10047 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.

Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!