"Sumqayıt"ın baş məşqçisi Saşa İliç qərarını dəyişib.
Cari mövsümdən Azərbaycanda çalışan serbiyalı mütəxəssis Tresor Mossini yenidən əsas komandaya qaytarıb.
Burundidən olan yarımmüdafiəçi artıq kollektiv hazırlıq prosesində iştirak edir.
23 yaşlı yarımmüdafiəçinin “Sumqayıt”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü ildə avqustun 3-də “kimyaçılar”la müqavilə imzalayıb.
Mossi karyerası ərzində “Ayql Noyr”(Burundi), “Vesterlo” (Belçika) və “Keryenq”də (Lüksemburq) forma geyinib.
İliç afrikalını bu ilin iyulunda əsas komandadan uzaqlaşdırmışdı. Burundi yığmasının üzvünü Qəbələdə keçirilən yoxlama görüşlərində izləyən çalışdırıcı onun xidmətindən imtina etmişdi.
Bu üzdən, “gənclik şəhəri təmsilçisi“ Mossinin adını cari mövsüm üçün iştirak ərizəsinə salmayıb.
SPORTİNFO.AZ

