"Qarabağ"la oyundan öncə İDDİALI AÇIQLAMA verdi

17:00 Sumqayıt 146
"Qarabağ"la oyundan öncə İDDİALI AÇIQLAMA verdi

Birinci dövrədən sonra Premyer Liqanın ən yüksəlişdə olan komandası şübhəsiz, "Sumqayıt"dır.

Aktivində 20 xalı olan "Kimyaçılar" hazırda 4-cü pillədə yer alır.

Növbəti rəqib isə lider "Qarabağ"dır. Mövsümdə ilk məğlubiyyəti məhz "Sumqayıt"dan alan komanda. Qısa müddətdə Saşa İliçin Ağdam təmsilçisi üzərində qələbə təcrübəsi var.

Bu dəfə doğma azarkeşlər önündə ardını gətirmək şanslarını necədir?

Sportinfo.az-a açıqlama verən komandanın qolkiperi Mehdi Cənnətovun sualın cavabında bunları deyib:

"Rəqib güclüdür. Mən ilk öncə əziz azarkeşlərimizə müraciət etmək istərdim.

Siz bizim 12-ci oyunçumuz hesab edilirsiniz. Kiminlə oynamağımızdan asılı olmayaraq, sizin köməyiniz ilə böyük nailiyyətlər əldə edə bilərik.

Sizdən xahiş edərdim ki, gəlib doğma şəhəriniz olan “Sumqayıt” komandasına dəstək olasınız".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”