“İndi turnir cədvəlini yoxlamağın mənası yoxdur”

19 Noyabr 2025 17:00 Sumqayıt 874
“İndi turnir cədvəlini yoxlamağın mənası yoxdur”

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu komandasının birinci dövrədəki çıxışını dəyərləndirib:

"Yalnız birinci dövrə arxada qalıb. Bizi uzun bir marafon gözləyir.

Turnir cədvəlini yoxlamağın mənası yoxdur. Böyük oyunlar hələ qabaqdadır".

O "bir ilik fasilədən sonra "Sumqayıt"ı avrokuboklarda görə bilərikmi" sualına isə belə reaksiya verib:

"Biz hamımız bunun üçün çalışırıq və ora çatmaq istəyirik. Bu, mövsümün əsas məqsədlərindən biridir".

Xatırladaq ki, birinci dövrədən sonra aktivində 20 xalı olan "Sumqayıt" turnir cədvəlində 4-cü pillədə yer alır.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!