“Lans“ın yetirməsi Azərbaycanda bu qədər maaş alacaq

12 Noyabr 2025 10:40 Sumqayıt 4 774
“Lans“ın yetirməsi Azərbaycanda bu qədər maaş alacaq

”Sumqayıt”ın Nsana Simon ilə hansı şərtlər daxilində anlaşdığı bilinib.

"Kimyaçılar" son olaraq Türkiyədə “Sakaryaspor”un formasını geyinmiş konqoluya bu mövsüm 7000 dollar əməkhaqqı ödəyəcək.

Afrikalıyla 2 il uzatma şərti ilə cari sezonun sonuna qədər müqavilə imzalanıb. Qarşıdakı “futbol ili“ndə onun maaşı bir qədər də artırılacaq.

Fransada “Lans”ın yetirməsi olan mərkəz yarımmüdafiəçisi Konqo millisinin üzvüdür.

Simon karyerası boyunca İsveçrədə “Sent Qallen” və Sloveniyada “Bravo”nun uğurları üçün tər töküb.

25 yaşlı Simon hələ 2 il öncə Azərbaycana gələ bilərmiş. Həmin vaxt “Turan Tovuz“ ona birbaşa müqavilə təklif edib.

Qərb klubunun irəli sürdüyü maliyyə şərtləri konqolunu razı salmadığından, o, Türkiyənin I Liqasına üz tutub, “Sakaryaspor“la ikillik kontrakt bağlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti