“İnanıram ki, bu yolu sonadək gedə biləcəyik”

8 Noyabr 23:40 Sumqayıt 70
“İnanıram ki, bu yolu sonadək gedə biləcəyik”

“Biz peşəkar futbolçularıq və hər zaman oynamağa hazır olmalıyıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Pedro Pinto deyib.

Cari mövsümdən “gənclik şəhəri” təmsilçisinin formasını geyinən portuqaliyalı legioner bildirib ki, komandanın heyəti çox geniş deyil.

Bəs bu, iki “cəbhə”də mübarizə aparmaq çempionatda problemlər yarada bilərmi?

Onun cavabını dinləyək:

“Əlbəttə, geniş heyət olanda oyun yükünü bölüşdürmək daha rahat olur. Amma dediyim kimi, hər kəs hər zaman hazır vəziyyətdə olmalıdır.

Biz mübarizəmizi davam etdiririk. İnanıram ki, bu yolu sonadək gedə biləcəyik. Hər halda əlimizdən gələni edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 17:50 Çək və bizə göndər!