"Hər oyunun öz hekayəsi var" - Problemi gizlətməyə çalışdı

6 Noyabr 23:00 Sumqayıt 96
"Hər oyunun öz hekayəsi var" - Problemi gizlətməyə çalışdı

"Sumqayıt" bu mövsüm hamını təəccübləndirməyə davam edir.

Kasad heyət, məhdud büdcə ilə "Kimyaçılar" arxada qalan 10 turdan sonra liderlər qrupuna yaxın sıralarda yer alıb.

Xüsusilə səfərdə "Qarabağ"ın, evdə "Araz Naxçıvan"ın məğlub edilməsi diqqətdən qaçmır.

Bura "Sabah"la səfərdəki bərabərliyi də əlavə edə bilərik.

Əslində komanda bu gün daha üst sıralarda yer ala, aktivinə daha çox xal yazdıra bilərdi.

Əgər dişinə görə rəqiblərdən sayılan "Şamaxı" ilə bərabərlik, yaxşı günlərini keçirmədiyi həftələr təsadüf edən "Neftçi" məğlubiyyəti olmasaydı.

"İmişli"yə məğlubiyyətdə isə komandanın dadına texniki qələbə çatmışdı.

Maraqlıdır, bu komandanın "Şamaxı", "İmişli" ilə bacarmadığı halda "Qarabağ", "Araz-Naxçıvan", "Sabah" kimi iddialıları büdrədə bilməsi arasında nə gizlənir? Oyunlara yanaşmada problem var, yoxsa səbəb başqadır?

Sualımıza cavab olaraq komandanın müdafiəçisi Keffel Resende Sportinfo.az-a açıqlamasında bunları dedi:

"Düşünürəm ki, hər oyunun öz hekayəsi var. "Şamaxı" ilə oyunda yaxşı oynadıq, amma son dəqiqələrdə qol buraxdıq.

"İmişli" ilə oyunda meydançada oynamaq çətin idi və keyfiyyətli oyunumuzu nümayiş etdirə bilmədik.

Amma nəticəsindən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!