Xarici baş məşqçi yerli kapitanın dəyişdirilməsini istədi

16:40 Sumqayıt 445
Xarici baş məşqçi yerli kapitanın dəyişdirilməsini istədi

«Sumqayıt»ın baş məşqçisi Saşa İliç yeni kapitan axtarışına çıxıb.

Serbiyalı mütəxəssis Səbuhi Abdullazadənin oyunundan qətiyyən razı deyil və bazubəndi ona yaraşdırmır.

Balkanlı çalışdırıcı sarğını yerlilərdən birinin qoluna bağlamağı təklif edib. O, nümunə kimi Mehdi Cənnətovu göstərib.

İliçin fikrincə, Abdullazadə yetirməsi olduğu klubun kapitanlıq məsuliyyətini tam mənasıyla dərk etmir.

Millinin yarımmüdafiəçisinin komandaya bir o qədər də can yandırmadığı, Premyer Liqanın ilk 9 turunda özünü yaxşı tərəfdən göstərə bilmədiyi qənaətindədir.

İliç klub funksionerləri ilə fikir mübadiləsi zamanı Abdullazadənin «Sumqayıt»da könülsüz çıxış etməsini sezdiyini də vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti