“Turan Tovuz“un təklifini bəyənmədi, 2 illik müqavilə bağladı, indi də…

14:20 Sumqayıt 836
“Turan Tovuz“un təklifini bəyənmədi, 2 illik müqavilə bağladı, indi də…

“Sumqayıt”ın daha bir futbolçunu heyətinə qatmasından xəbərdarsız.

"Kimyaçılar" son olaraq Türkiyədə “Sakaryaspor”un formasını geyinmiş Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Fransada “Lans”ın yetirməsi olan mərkəz yarımmüdafiəçisi Konqo millisinin üzvüdür.

Simon karyerası boyunca İsveçrədə “Sent Qallen” və Sloveniyada “Bravo”nun uğurları üçün tər töküb.

25 yaşlı afrikalı hələ 2 il öncə Azərbaycana gələ bilərmiş. Həmin vaxt “Turan Tovuz“ ona birbaşa müqavilə təklif edib.

Qərb klubunun irəli sürdüyü maliyyə şərtləri konqolunu razı salmadığından, o, Türkiyənin I Liqasına üz tutub, “Sakaryaspor“la ikillik kontrakt bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti