Saşa İliçə lazım olmayan əcnəbi ilə bağlı SON DURUM bilindi

3 Noyabr 2025 22:20 Sumqayıt 1 307
Saşa İliçə lazım olmayan əcnəbi ilə bağlı SON DURUM bilindi

Premyer Liqada 10-cu tur arxada qaldı, amma "Sumqayıt"ın yarımmüdafiəçisi Tresor Mossi hələ də debüt etməyib.

24 yaşlı legionerin klubdan ayrıldığı iddia olunur.

Amma vəziyyət tam fərqlidir.

Əldə etdiyimiz məlumata görə, baş məşqçi Saşa İliç Burundin millisinin üzvünü sərəncamında görmək istəməyib.

Bu səbəbdən onun adı bu mövsüm üçün sifariş ərizəsinə daxil edilməyib.

Orta sahə oyunçusu isə əvəzedici komandaya qoşulmaq təklifini rədd edib.

O, hələ də Sumqayıtdadır və yalnız gündəlik məşqlərini etməklə yadda qalır.

Xatırladaq ki, Mossi 2023-cü ildən "Sumqayıt"ın şərəfini qoruyur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA