O, raket kimi qol vurdu, Ronaldo "Sumqayıt"ın üzünü güldürdü - VİDEO

00:30 Sumqayıt 135
O, raket kimi qol vurdu, Ronaldo "Sumqayıt"ın üzünü güldürdü - VİDEO

Premyer Liqada X turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı məğlub edib - 3:2.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci, Ronaldo Vaskes 69-cu dəqiqədə fərqlənib.

Naxçıvan klubunun qollarını 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Sumqayıt" dördüncü pilləyə yüksəlib. "Araz-Naxçıvan" 16 xalla beşincidir.

“Sumqayıt” - “Araz Naxçıvan” 3:2

Qollar: Roi Kehat, 17; 79; Ronaldo Vaskez, 69 // Şarl Boli, 41; Patrik Andrade, 51
M.H. Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Zöhrab Abbasov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Aleksandr Ramalinqom, 36 (qeyri-idman hərəkəti); Aleksa Yankoviç, 43 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Patrik Andrade, 84 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa İliç, 57 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə yoxdur dəq; II hissədə 5 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov (k)
7. Rüstəm Əhmədzadə
6. Rauf Rüstəmli
(10. Nikola Ninkoviç, 64)
19. Roi Kehat
9. Aleksandr Ramalinqom
(3. Höccət Haqverdi, 88)
14. Pedro Pinto
72. Rayan Senhadji
71. Masaki Murata
(23. Ronaldo Vaskez, 64)
80. Keffel Resende
11. Aleksa Yankoviç
(95. Nsana Simon, 81)
25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
21. Nihad Əhmədzadə
75. Nadir Orucov
66. Ruslan Əliyev
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç

“Araz-Naxçıvan”
12. Kristian Avram
34. Urfan Abbasov (k)
8. Coşqun Diniyev
(14. Ülvi İsgəndərov, 80)
24. Mustafa Əhmədzadə
(7. Hamidu Keyta, 73)
6. Patrik Andrade
29. Vanderson Melo
17. İssuf Paro
10. Felipe Santos
(16. Ramon Maçado, 80)
11. Ba-Muaka Simakala
(19. Bar Kohen, 73)
77. Bruno Franko
70. Şarl Boli
(23. Nuno Rodriqes, 80)
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
76. Süleyman Həsənov
2. Qara Qarayev
5. Slavik Alxasov
26. Ömər Buludov
22. Elçin Mustafayev
Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!