Saşa İliç: "Bəzən belə söhbətlər olur"

2 Noyabr 2025 21:15 Sumqayıt 1 091
Saşa İliç: "Bəzən belə söhbətlər olur"

"Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. "Araz-Naxçıvan"da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 10-cu turunun “Araz-Naxçıvan”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Hakimliklə bağlı fikriniz necədir?

- Heç nə. Oyunda bəzi söhbətlər olur. Hakimlik haqda danışmağı xoşlamıram.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!