İtaliyada 100-dən çox oyuna çıxdı, Premyer Liqamızı görüb şoka düşdü: “İnanmazdım ki...”

31 Oktyabr 19:40 Sumqayıt 707
İtaliyada 100-dən çox oyuna çıxdı,  Premyer Liqamızı görüb şoka düşdü: “İnanmazdım ki...”

Vaxtilə aparıcı liqalarda oynamış əcnəbilərin çoxu Azərbaycan Premyer Liqasına tərif yağdırır.

Ölkəmizə gələnə qədər çempionatımız barədə məlumatları olmayanlar indi buradakı mübarizədən zövq alır.

Bu günə qədər İfeanyi Metyu, Karim Rossi, Sami Mmaee kimi legionerlər saytımıza açıqlamalarında Premyer Liqa barədə ağızdolusu danışmaqla komandalar arasındakı rəqabəti və çempionatın ağırlığını qeyd edib.

Bu dəfə söz Nikola Ninkoviçdədir.

Karyerası ərzində “Partizan”ın kapitan sarğısını daşıyaraq 3 dəfə ölkə çempionu olan, A Seriyasının həyəcanını hiss edən, İtaliya liqalarında 100-dən çox oyunda meydana çıxan 31 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a Azərbaycan birinciliyi barədə danışıb:

“Tam səmimiyyətimlə deyirəm, Azərbaycan Premyer Liqasının gücünü bu dərəcədə təsəvvür etmirdim. Gələndən sonra burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi.

“Qarabağ” barədə məlumatlı idim, avrokuboklardakı çıxışlarını və nəticələrini görürdüm. “Neftçi” haqda müəyyən təsəvvürüm var idi.

2014-cü ildə “Partizan”ın heyətində pley-off oyunu üçün Bakıya gəlmişdik və qələbə qazanmışdıq.

Bunlara rəğmən, Azərbaycan çempionatının səviyyəsini bu dərəcədə təsəvvür etmirdim.

İnanmazdım ki, bu qədər səviyyəli komandalar, yaxşı infrastruktur və keyfiyyətli legionerlər var. Gördüklərimdən sonra yaxşı mənada təəccübləndiyimi deməliyəm.

Hazırda Azərbaycanda 5-6 komanda var ki, hər il avrokuboklarda mübarizə aparıb, mərhələlər adlaya bilər. Premyer Liqa həqiqətən möhtəşəmdir”.

Vaxtilə Serbiyanın istedadlı futbolçularından sayılan Ninkoviç “Askoli”nin formasını geyindiyi dönəmdə - 2020-ci ildə Serbiyadan İtaliyaya gedərkən idarə etdiyi avtomobillə ağır qəza keçirib.

İdarə etdiyi avtomobil yük maşınına çırpılıb. Uzun müddət yaşıl meydanlardan kanarda qalan futbolçu qayıdandan sonra əvvəlki formasını bərpa edə bilməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI