"Ayağımızı yerə möhkəm basmalı, "Qarabağ"ı məğlub etdik deyə..."

31 Oktyabr 21:00 Sumqayıt 273
"Ayağımızı yerə möhkəm basmalı, "Qarabağ"ı məğlub etdik deyə..."

"Sumqayıt"ın müdafiəçisi Pedro Pinto Sportinfo.az-a açıqlama verib.

Portuqaliyalı legioner Premyer Liqanın 10-cu turunda qarşılaşacaqları "Araz Naxçıvan"la matçdan gözləntilərini bölüşüb:

"Çətin oyun olacaq, çünki rəqib də güclüdür. Biz bu matça maksimum güc və konsentrasiya ilə yanaşmalıyıq.

Əgər hər birimiz meydanda bütün gücümüzü qoysaq, uğura və 3 xal qazanmağa daha yaxın olarıq".

Sumqayıt mövsümə "Kəpəz"in ardınca “Qarabağ” üzərində qələbə ilə başladı, amma sonradan güclü rəqiblərlə oyunlarda çətinliklər baş qaldırdı.

"Neftçi", "Zirə", "Turan Tovuz"a uduzan "Kimyaçılar" yalnız "Sabah"la matçda bərabərlik əldə edən bildi.

30 yaşlı legioner "Bu vəziyyəti dəyişmək üçün nə çatmır" sualına belə cavab verib:

"Hər oyun fərqlidir, motivasiya da dəyişə bilir və bu, performansa təsir göstərir. Biz bütün oyunlara eyni ciddiyyətlə yanaşmalıyıq. Rəqiblərə yox, özümüzə baxmalı, nələri yaxşılaşdıra biləcəyimizi müəyyən etməliyik. Ayaqlarımızı yerə möhkəm basmalıyıq və “Qarabağ”ı məğlub etdik deyə münasibətimizi dəyişməməliyik. Çünki o oyunda qazanılan 3 xal, digər matçlardakı kimi, eyni dəyərə malikdir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI