Premyer Liqa klubu əcnəbi müdafiəçi ilə müqavilə bağlamağa PEŞMAN OLDU

31 Oktyabr 19:20 Sumqayıt 536
Premyer Liqa klubu əcnəbi müdafiəçi ilə müqavilə bağlamağa PEŞMAN OLDU

"Sumqayıt"ın İsa Süliman həsrəti bitənə oxşamır.

Mərkəz müdafiəçisinin 2024-cü ilin yayında aldığı xəsarəti hələ də tam bərpa olunmur.

Sol ayağının çarpaz bağları qopan legionerin əməliyyatı Portuqaliyada gerçəkləşib.

Əməliyyatdan sonrakı 1 il 2 ayın böyük hissəsini hazırda olduğu İngiltərədə reabilitasiya mərhələsinə həsr edib.

Bir neçə dəfə Azərbaycana gəlib, amma məşqlərə başlamaq ona müəssər olmayıb.

Baş məşqçi Saşa İliçin yolunu gözlədiyi pakistanlının nə vaxt geri dönəcəyi ilə bağlı da tərəddüd davam edir.

Hər ötən gün qış təlim-məşq toplanışına qatılması ilə bağlı ümidlər azalmaqdadır.

Klub bu mövsümün əvvəli zədəli oyunçusuna jest edərək 1 illik yeni anlaşma imzalamışdı.

Amma gözlənilməz gedişat tərəflərin planlarını puç etmiş oldu.

Görünən odur ki, İngiltərə gənclər millisində oynamış stoperin geridönüşü hələ uzun zaman alacaq. Bəlkə də mümkün olmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI