“Ondan qaçmağa çalışdıq”

02:10 Sumqayıt 95
“Ondan qaçmağa çalışdıq”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Zaqatala"ya qalib gələrək 1/8 finala adladıqları matç (3:0) haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı əldə edən futbolçuları oynatmaq idi.

Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçuların tonusda qalması üçün şans yaratdıq.

Hesab 3:0 olsa da, düşünməzdim ki, asan qələbə oldu. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik.

“Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.

"Sumqayıt" 1/8 finalda"Difai" ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO