Azərbaycan klubunun çalışdırıcısı onun adını “qara siyahı“nın başına yazdı

16:00 Sumqayıt 357
Azərbaycan klubunun çalışdırıcısı onun adını “qara siyahı“nın başına yazdı

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç yayda bəyəndiyi futbolçunu artıq “gözdən çıxarıb“.

“Kimyaçılar“ın mövsümlərarası fasilədə sıralarına qatdığı ilk oyunçu olan Pedro Pinto artıq serbiyalı çalışdırıcının etibarını itirib.

Balkanlı mütəxəssis portuqaliyalı müdafiəçini daha sərəncamında görmək istəmir və niyyəti klub funksionerlərinə bəyan edib.

İliç bildirib ki, Pinto şans qazandığı matçlarda özünü yaxşı tərəfdən göstərməyi bacarmayıb, çoxsaylı səhvlərə yol verib.

30 yaşlı legionerin mövqe seçimində, həmçinin yoldaşlarını sığrtalamada xətalar etdiyini vurğulayıb. Baş məşqçi qış fasiləsində düşərgədən göndərəcəyi oyunçuların başında onu gördüyünü deyib.

“Gənclik şəhəri“ təmsilçisi Pedro ilə 1+1 illik müqavilə imzalayıb. “Sumqayıt”ın heyətində “14” nömrəli formanı geyinən əcnəbinin son klubu Anqolada “Petro Luanda” olub.

O, karyerası ərzində Portuqaliyada “Vitoria Setubal” və “Arouka” kimi klubların da şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti