İşləri yaxşı getməyən baş məşqçiyə 3 PULSUZ MƏSLƏHƏT

16:30 Sumqayıt 220
İşləri yaxşı getməyən baş məşqçiyə 3 PULSUZ MƏSLƏHƏT

Saşa İliçin «Sumqayıt»ı enişli-yoxuşlu çıxışını davam etdirir.

Serbiyalı gecələr rahat yatmaq istəyirsə, ona çarəsini deyək.

Ağıllı biridirsə, mütləq ona lazım olacaq dediklərimiz.

Deməli, belə…

O, üç vasitədən imtina eləməlidir.

Birincisi, mövqe hücumlarından vaz keçməlidir. «Sumqayıt» topla rəqibin cərimə meydançasına yaxınlaşana kimi günəş batmaq üzrə olur. Orta sahəni o qədər gec adlayırlar ki…

İkincisi, Roi Kehatı ehtiyat skamyada əyləşdirməlidir. Bu yarımmüdafiəçi ideal formadan uzaqdır və cari mövsümdə komandaya az qatqı verir.

Kehatın ön paslarının sayı xeyli azalıb. Top ayağında olduğunda gözü yalnız ətrafındakıları axtarır - yan pas üçün.

Üçüncüsü, Aleksandr Ramalinqomu əsas heyət üzünə həsrət qoymalıdır. Maqadaskar yığmasının hücumçusu hücumçudan çox, yunan və Roma qladiatorlarını xatırladır.

«Səbail»dəki Ramalinqomu deyil ta o. «Səbail»dəki Ramalinqom civə kimi idi, cərimə meydançası daxilində hegemonluq edirdi - əla mövqe seçir, qol fürsətlərini böyük acıgözlüklə dəyərləndirirdi.

Yox əşşi, bu Ramalinqom onun yanından yel olub keçə bilməz. Qaçışına, yerişinə, vuruşuna baxırsan, ağırlıq yağır.

Filin bir budunu yeyib durub ayağa sanki - qoleadora xas əsas xüsusiyyətləri itirib.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti