Azərbaycan klubunda əcnəbi baş məşqçi ilə bağlı YEKUN QƏRAR!

16:00 Sumqayıt 356
Azərbaycan klubunda əcnəbi baş məşqçi ilə bağlı YEKUN QƏRAR!

"Sumqayıt" rəhbərliyi Saşa İliçə tam güvənir.

Bu barədə klubdan məlumat almışıq.

Mövsümə əla start verən "Kimyaçılar" ardınca 5 görüşdə qələbə qazana bilmədi.

Proses mətbuatda kəskin tənqid olundu.

Serbiyalı uğursuz seriyaya yalnız son turda "Karvan-Yevlax"ı məğlub edərək (4:1) son qoya bildi.

Amma bu görüşdə də uğursuz nəticə serbiyalının gedişinə səbəb olmayacaqmış.

Ki, klub başbilənləri istənilən nəticədən asılı olmayaraq əcnəbi baş məşqçi ilə erkən ayrılma fikrində deyil.

Bir sözlə, ona güvən böyükdür.

Xatırladaq ki, Saşa İliç mövsümün əvvəli baş məşqçi postuna gətirilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti