"Sumqayıt"ın serbiyalı yarımmüdafiəçisi Aleksa Yankoviç Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 8-ci turunda "Karvan-Yevlax"ı məğlub etdiz (4:1). Bununla enişə darmadağınla son qoyduz. Bu qədərini gözləyirdin?
- Mən zəif performans göstərdiyimizi deməzdim. Məncə, bütün matçları çox yaxşı keçiririk. Amma bəzi matçlarda bəxtimiz gətirmədi. Sevinirəm ki, xoş olmayan seriya çox yaxşı oyun və vacib qələbə ilə başa çatdı.
- Fantastik oyun keçirdin. Nələr deyə bilərsən?
- Deyə bilərəm ki, komandanın qalan üzvləri də yaxşı oynadı. Bəzən qolu vuran oyunçu başqa oyunçu ola bilər. Vacib olan odur ki, 3 xal qazandıq.
- Penalti qazandın, qol vurdun. Oyunun qəhramanı deyə bilərik?
- Mən 1 penalti qazandım və birinci hissədə də düşünürəm ki, bizə daha bir dəfə penalti zərbəsi verməliydilər. Amma mən hakimi günahlandırmıram. Çünki bunu görmək çox çətin idi. Qəhrəman olmağım haqqında bilmirəm nə deyim. Biz qalib gələndə hamımız birlikdə qalib gəlirik və uduzduğumuzda barmağımızla göstərmirik ki, günahkar sənsən. Hamımız birlikdə uduzuruq, birlikdə də uduruq. Mənim mesajım budur.
- Qısa müddətdə iki penal qazanmısan.Penalti qazanmağı sanki adiləşdirirsən. Bunun bir sirri varmı?
- Son iki oyunda belə oldu. Mən bunu rutin adlandırmazdım. Bəlkə də şanslıyam (gülür).
XANOĞLAN

