"Sumqayıt" uğursuz seriyaya "Karvan-Yevlax"la görüşdə son qoydu.
Özü də darmadağınla - 4:1.
"Kimyaçılar" son 5 matçda bir qələbə qazana bilməmişdi. Digər narahatlıq doğuran fakt yalnız 1 dəfə rəqib qapılarını torunu silkələmək mümkün olmuşdu.
Saşa İliçin komandası sanki bütün qisasını aran təmsilçisindən çıxmış oldu.
Qarşıdan isə "Zirə" və "Araz-Naxçıvan"la matçlar gəlir. Son qələbə iddialı rəqiblərlə görüşə necə təsir qoya bilər?
Sumqayıt klubun liderinə çevrilən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç Sportinfo.az-a açıqlamasında sualımıza bu cür cavab verib:
"Qarşıda bizi iki çətin oyun və çox ciddi rəqiblər gözləyir.
Onları təhlil edib, əlimizdən gələnin ən yaxşısını hazırlamağa çalışacağıq.
“Karvan”a qarşı bu qələbə belə davam etmək üçün bizə ciddi təkan ola bilər".
XANOĞLAN

