Yankoviç Yankoviç haqda: “Onun səviyyəsinə çatmaq üçün..."

27 Oktyabr 23:00 Sumqayıt 215
Yankoviç Yankoviç haqda: “Onun səviyyəsinə çatmaq üçün..."

Azərbaycanda Yankoviç deyəndə "Qarabağ"ın Markosu yada düşür.

Monteneqro millisinin üzvü gəldiyi ilk günlərdən səviyyəsini ortaya qoyub.

Onun yoxluğu "Qarabağ" üçün faciə hesab olunur.

Bir də indi-indi parlayan onun adaşı var.

Hələki səssizliyə qoşulub, adından meydanda söz etdirir.

Söhbət "Sumqayıt"ın Yankoviçindən gedir. 25 yaşlı serbiyalı bir vaxtlar vətənində ən istedadlı gənclərdən hesab olunurdu.

Serbiya gənclər millisində də çıxış edib. Amma zamanla ondan olan gözləntiləri doğrulda bilməyib.

Yayda formasını geyindiyi "Sumqayıt"da isə özünü yenidən kəşf etməkdədir.

Hər ötən tur daha yaxşı Yankoviç görürük.

Görəsən, yığdığı sürət Aleksanı da "Qarabağ"lının yüksəldiyi zirvəyə apara bilərmi?

Futbolçu Sportinfo.az-a açıqlamasında bunları dedi:

"İndi mənim də soyadımı çəkməyə başlayıblar. Təbii ki, buna ancaq sevinə bilərəm. Motivasiyama, performansıma müsbət təsir edir. Daha yaxşı olmağa çalışıram.

Belə davam etməliyəm. Çünki onun səviyyəsinə gəlmək üçün daha çox işləməliyəm. O, yüksək səviyyəli oyunçudur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR