“Sumqayıt”ın hücumçusu: “Bu tempi davam etdirmək lazımdır”

24 Oktyabr 2025 02:50 Sumqayıt 894
“Sumqayıt”ın hücumçusu: “Bu tempi davam etdirmək lazımdır”

“Qalib gəldiyimiz üçün sevincliyik.

Əvvəlki üç oyunda nəticələrimiz ürəkaçan olmamışdı, buna görə də qələbəyə çox ehtiyacımız var idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom deyib.

O, Premyer Liqanın 8-ci turunda “Karvan-Yevlax” üzərində qazandıqları 4:1 hesablı qələbəni belə şərh edib:

“Oyuna yaxşı başladıq. Lakin hesabı açdıqdan sonra bir qədər sakitləşdik.

Bunun da nəticəsində fasiləyə yaxın qapımızda qol gördük. İkinci hissədə geridönüş edə bildik.

Yüksək temp nümayiş etdirdik və daha üç dəfə fərqləndik. Bu tempi davam etdirmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!