Bu komandaya baş məşqçi lazımdır, o, yox!

10:40 Sumqayıt 242
Bu komandaya baş məşqçi lazımdır, o, yox!

«Sumqayıt»ın qeyri-sabit çıxışı davam edir.

İlk iki həftədəki qələbədən sonra hayıl-mayıl olan Saşa İliç növbəti 3 xalın dadını bir də səkkizinci turda hiss etdi.

«Karvan»ı 4:1 uddular. Liqanın ən zəif iştirakçı üzərində böyükhesablı qalibiyyət, yəqin ki, klub rəhbərliyinin baş məşqçiyə yönəlik suallarının sayını azaltmayacaq.

Serbiyalıya ünvanlanacaq yenə o qədər sorğu var ki…

«Sumqayıt» güclü heyətə sahibdir. Riad Rəfiyev Saşa İliçin uğurlu olması üçün əlindən gələni və gəlməyəni edib.

Əvvəllər burada çalışmış hər məşqçi istərdi ki, bu futbolçularla işləsin.

Heç şübhəsiz, «Sumqayıt» indi tarixinin ən yaxşı və ən geniş heyətinə malikdir. İliç bunun qədrini bilməlidir.

Rəhbərinin ona yaratdığı şəraitin qarşılığını verməlidir. Bu, iki-üç turdan bir qazanılan qələbə, yaxud 1 xal olmamalıdır.

«Karvan»ı udmaq üçün «Sumqayıt»a İliç lazım deyil. «Sumqayıt» baş məşqçisiz də meydana çıxsa, «Karvan» kimi rəqibləri udacaq gücdədir.

İliçi gətiriblər ki, bir oyun modeli tətbiq etsin, komanda ayrı-ayrı fərdlərdən asılı olmasın. O, üç aydır buradadır, hələ də bilinmir ki, «Sumqayıt»a hansı fəlsəfə ilə gəlib.

Qeyri-sabitliyin əsasını yarımçıq iş təşkil edir. İliç isə tez-tez futbolçularını günahlandırmaqla, özünü təmizə çıxarmaq istəyir.

Əlbəttə, bu, çıxış yolu deyil və serbiyalı hər dəfə belə danışmaqla onların yanında bir qədər də gözdən düşür.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti