Bunu etdilər, Premyer Liqada 12-ci komanda oldular

02:30 Sumqayıt 69
Bunu etdilər, Premyer Liqada 12-ci komanda oldular

“Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi buna 223-cü matçında nail olub.

Bu, Premyer Liqanın VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.

İlk ev qələbəsi 2011/12 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib.

“Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi