“Məni milliyə layiq bilsələr, dəvət göndərəcəklər”

02:10 Sumqayıt 103
“Məni milliyə layiq bilsələr, dəvət göndərəcəklər”

Sportinfo.az “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun müsahibəsini təqdim edir:

- Premyer Liqanın 8-ci turunda “Karvan-Yevlax”ı rahatlıqla məğlub etdiniz. 4:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Oyun bizim üstünlüyümüzlə keçdi. Layiqli qələbə qazandıq. Düzdür, qol buraxmağımız heç də xoş deyil. İstərdim ki, qapımı toxunulmaz saxlayım.

- Hesab arasındakı fərqin böyük olacağını gözləyirdiniz?

- Həftə boyu matça yaxşı hazırlaşmışdıq. Hücumda effektli çıxış etdik, əldə etdiyimiz şansları dəyərləndirdik. Ona görə də böyükhesablı qələbə qazandıq.

- Görünən odur ki, çempionatda yaranan fasilə “Sumqayıt”a müsbət təsir edib. Razısınız?

- Bəli. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə bizə pis təsir etmədi. Yaxşı hazırlaşdıq. Düzdür, bəzi futbolçularımız millidə idilər, həm əsas yığmalarda, həm gənclərdə. Bu, tam heyətlə məşq etməyimizə mane olsa da, ümumilikdə fasilənin xeyrini gördük.

- Sanki “Sumqayıt”da stabillik çatışmır. Bunu nə ilə əlaqələndirmək olar?

- Bu, zaman məsələsidir. Heyətimizdə yayda ciddi dəyişikliklər oldu. Komandada yeni futbolçuların sayı çoxdur. Onlar kollektivə indi-indi öyrəşirlər. Çempionat uzun marafondur. Eniş də olur, bəzən konsentrasiya da çatmır. Daha çox çalışmaq lazımdır. İnanıram ki, gələn matçlarda da yaxşı oyun sərgiləyəcəyik.

- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Uğurlu çıxışı həmin matçda da davam etdirməyiniz realdır?

- Bu qələbə bizə inam verəcək. “Zirə” güclü rəqibdir. Bizim üçün çətin olacaq. Yaxşı hazırlaşmalıyıq.

- Millinin daha bir toplanışı geridə qaldı və sizi yenə də heyətdə görmədik. Halbuki çempionatda mütəmadi oynayan 2-3 yerli qapıçıdan birisiniz. Oynamayanların yığmaya dəvət alması sizə necə təsir edir?

- Qərarı məşqçilər korpusu qəbul edir. Mən də buna hörmətlə yanaşıram. Bu, onların seçimidir. Məşqçilərin seçimini şərh etmək ixtiyarım yoxdur. Üzərimdə daha çox çalışmalıyam. Layiq bilsələr, dəvət göndərəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar