Ağır məğlubiyyəti unutmadı: "Onlar üçün çox məyus oldum"

18 Oktyabr 2025 17:00 Sumqayıt 945
Ağır məğlubiyyəti unutmadı: "Onlar üçün çox məyus oldum"

"Sumqayıt"ın müdafiəçisi Rayan Senhadji Sportinfo.az-a açıqlama verib.

Əcnəbi futbolçu ilk olaraq "Turan Tovuz"dan aldıqları iri hesablı məğlubiyyəti (0:3) şərh edib:

"Azarkeşlərimiz önündə evdə ağır məğlubiyyət oldu. Onlar üçün çox məyus olduq. Amma matç zamanı heç də pis deyildik. Sadəcə rəqib bizdən daha istəkli idi".

28 yaşlı arxa xətt oyunçusu davamında hesab 0:2 olanda komanda yoldaşı Aleksandr Ramalinqomun qaçırdığı penaltini şərh edib:

"Xeyr, penaltinin qaçırılması matçın dönüş nöqtəsi deyildi. Ondan əvvəl də qol imkanlarımız oldu, lakin təəssüf ki, şanslarımızı qola çevirə bilmədik".

Rayan sonda mərkəz müdafiəçisi olmasına rəğmən sağ cinah müdafiəçisi mövqeyində oynamasına da toxunub:

"Bəli, bu matçda mənim üçün fərqli mövqedə çıxış etdim. Özümü yaxşı hiss edirdim, amma daha yaxşısını edə biləcəyimi düşünürəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA