
"Sumqayıt" mövsümə əla start vermişdi. Saşa İliçin yetirmələri hətta səfərdə "Qarabağ" kimi iddialı rəqibi məğlub etməyi bacarmışdı.
Amma davamını gətirmək mümükün olmadı. Komanda ardıcıl 5 matçdı qələbə qazana bilmir. Bir anda daxildə nə baş verdi? Klub niyə toparlana bilmir?
Azarkeşlərdə də ciddi narahatlıq yaradan suala Aleksandr Romalinqom belə cavab verib:
"Xüsusi nəsə baş verməyib. Hər şey qaydasındadır.
Bizim şanslarımız davam edir, sadəcə, daha çox çalışmaq lazımdır. Onda yaxşı nəticələr də gələcək".
Madaqaskarlı hücumçu "Çətin dönəmdə növbəti rəqib autsayder "Karvan Yevlax"dı. Bunu geridönüş üçün əla şans adlandırmaq olarmı" sualına isə bu cür reaksiya verib:
"Hər oyun çətin keçir. "Karvan Yevlax" da digər rəqiblərdən geri qalmır. Matça ciddi yanaşmalıyıq. Qalib gəlmək üçün hər şeyimizi verməliyik".
XANOĞLAN