
"Sumqayıt"ın hücumçusu Aleksandr Romalinqom Sportinfo.az-a müsahibə verib.
Maqadaskarli legioner öncə "Turan Tovuz"dan aldıqları son məğlubiyyəti (0:3) şərh edib
- Komanda son görüşdə niyə böyük hesabla məğlub oldu?
- Həftə ərzində “Turan”ın oyun üslubu üzərində işləmişdik. Oyuna da pis başlamadıq. Təəssüf ki, şanssız şəkildə ilk qolu belə buraxdıq. İkinci qolu buraxandan sonra hər şey bizim üçün bitdi.
- Qaçırdığın penalti qol olsaydı, hər şey tam fərqli ola bilərdimi?
- Bəli, penaltim hər şeyi dəyişə bilərdi! Oyuna qayıda bilərdik. Düşünürəm ki, bu, komandaya psixoloji təsir etdi.
- Yaranmış milli fasilə vəziyyətdən çıxış yolu ola bilər?
- Bəli, əlbəttə! İşləmək və davam etmək üçün daha bir həftəmiz oldu.
- "Səbail"ə qısa müddətdə adaptasiya oldun, qolları sıraladın. Amma "Sumqayıt"da sanki çətinlik çəkirsən. 7 görüşdə cəmi 1 qol vurmusan. Qollarını sıralamağa nə mane olur?
- Mənə heç nə mane olmur, sadəcə daha az şansım olur. Komandaya kömək edə bilmək üçün daha çox çalışacağam.
XANOĞLAN İMANOV