Əcnəbi baş məşqçi Azərbaycanı tərk edə bilər - SON ŞANS

14 Oktyabr 22:20 Sumqayıt 691
Əcnəbi baş məşqçi Azərbaycanı tərk edə bilər - SON ŞANS

Saşa İliç "Sumqayıt" tarixinin üçüncü əcnəbi baş məşqçisidir.

Daha əvvəl bu klubda çalışmış Aleksey Baqa və Bernard Raab uğursuzluqla yadda qalıblar.

Yəni başından klub rəhbərliyi serbiyalı mütəxəssislə anlaşmaqda riskə getmişdi.

İliçlə bağlı digər qorxulu fakt isə onun daha əvvəl çalışdığı hər yerdə 1 ildən artıq qala bilməməsi idi.

Sadəcə mövsümə verilən uğurlu start hamımızı çaşdırdı.

Həm "Kəpəz", həm də "Qarabağ" üzərində qazanılan qələbə yaxşı oyunla əldə edilmişdi.

Sonradan məlum oldu ki, bu "Kəpəz"i hətta Birinci Liqada çıxış edən "Səbail"lə "Şəfa" da uda bilər.

"Qarabağ"ın isə mövsüm ərzində 2-3 belə uğursuz oyunu olur. Görünür, bu dəfə şans "Sumqayıt"dan yana olub.

Son 5 görüşdə komanda qələbə qazana bilmir. Cəmi 1 qol vurmağı bacarıb.

Kimsə kasad heyəti, zədəli futbolçuları qabarda bilər. Guya "İmişli", "Şamaxı"da heyət zəngindir?

"Turan"ı, "Neftçi"ni çıxdıq, axı "Sumqayıt" liqada qalmaq uğurunda mübarizə aparan rəqiblərlə də bacarmır.

İliç isə taktiki cəhətdən hər şeyin düz getdiyini bildirir. Məncə, nəinki taktiki cəhətdən, heç fiziki, texniki, metal, psixoloji baxımdan da vəziyyət ürəkaçan deyil.

Toxunuşlar edilməsi mütləqdir. Yaranmış milli fasilə İliç üçün son şans da sayıla bilər. Vəziyyəti dəyişə bilməsə, yəqin ki, klub rəhbəri Riad Rəfiyev yeni baş məşqçi axtarışına çıxmalı olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq