"Buna layiq deyildik" - Əcnəbi müdafiəçi gileyləndi

15 Oktyabr 2025 19:00 Sumqayıt 960
"Buna layiq deyildik" - Əcnəbi müdafiəçi gileyləndi

"Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumininin "Neftçi"yə məğlub olduqları (0:2) matç haqda Sportinfo.az-a açıqlama verib.

20 yaşlı legioner ilk olaraq matç haqqında danışıb: "Çətin oyun oldu. Məğlubiyyətə layiq deyildik. Təəssüf ki, sonluq biz istəyən kimi bitmədi".

Muminin davamında bu cür yenilgidən sonra birlik göstərməli olduqlarını sözlərinə əlavə edib:

"Çətinliklərimizi həll etmək üçün bir komanda olaraq çalışırıq. Meydanda heç bir rəqibə asan təslim olmaq istəmirik. Daha yaxşısını etmək üçün özümüzə inanmalı və motivasiyamızı yüksək tutmalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!