"Biz öz uğurlu qrafikimizi yenidən cızacaq" - AÇIQ MESAJ verdi

27 Sentyabr 23:40 Sumqayıt 143
"Biz öz uğurlu qrafikimizi yenidən cızacaq" - AÇIQ MESAJ verdi

Mövsümə uğurlu start verən "Sumqayıt" bunun davamını gətirməyi bacarmadı.

"Kimyaçılar" ardıcıl 3 oyundu nə qələbə qazanır, nə də qol vura bilir.

"İmişli"dən alınan 3 xalın tarixçəsi hamıya məlumdur.

"Şamaxı" ilə görüşdə vuruluna qol isə qonaqların adı ilə bağlıydı.

Görəsən, belə ciddi enişin səbəbi nədir? Daxildə nələr baş verir?

Sportinfo.az-a açıqlamasında cinah müdafiəçisi Abdul Raşid Mumininin sualımıza cavab olaraq bunları dedi:

"Daxildə heç nə baş verməyib. Hər şey yolunda gedir. Futbolda belə hallar yaşanır.

Liqada hələ uzun yolumuz var. Başladığımız işi uğurla sona çatdırmaq üçün zamanımız var. Birlikdə davam edəcəyik.

"Sumqayıt" öz uğurlu qrafikini yenidən cızacaq. Komanda olaraq buna inanırıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:30 Çək və bizə göndər!
27 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 00:50 “Neftçi” o gün oynayacaq