Azərbaycana gələn məşhuru məyus edən ad(am)lar - SİYAHI

21:00 Sumqayıt 330
Azərbaycana gələn məşhuru məyus edən ad(am)lar - SİYAHI

Mövsümə uğurlu start verən "Sumqayıt" artıq enişdədir.

"İmişli"yə məğlub olan "kimyaçılar" yalnız texniki qələbə hesabına 3 xala sevinə bildi.

Son turda isə "Neftçi"ni qəbul edən kollektivin dadına bu dəfə o da çatmadı.

Nəticədə 0:2 məğlub olan komanda meydandan xalsız ayrılmalı oldu.

Görünən odur ki, Saşa İliç yetirmələrinə toxunuş etməli, onları eyforiyadan çıxarmalıdır.

Necə?

Təbii ki, bu sualın cavabını İliç daha yaxşı bilər.

Amma kənardan görünən odur ki, heyətdə dəyişiklik labüddür.

Əcnəbi çalışdırıcı prosesə qapı mövqeyi ilə başlaya bilər.

İllərdi qeyri-sabit çıxışı ilə yadda qalan Mehdi Cənnətov yenə öz ampluasındadır.

Milliyə niyə çağırılmaması ciddi müzakirə olunduğu məqamda qapısında kruyoz qol gördü.

"İmişli" səfərində buraxılan qol birbaşa onun kobud xətası idi.

Sadəcə rəqibə verilən texniki məğlubiyyət onun bağışlanmaz səhvini kölgəyə atmış oldu.

Amma təcrübəli qapıçı "ağ qaralar"la matçda da inamsız çıxarışları ilə yadda qaldı.

Sadəcə qonaqlar vəziyyəti düzgün dəyərləndirə bilmədi.

Ehtiyatda məqamını gözləyən gənc Xəyal Fərzullayev var.

Ki, kifayət qədər elita təcrübəsi qazanıb.

Son iki mövsümdə bənzər vəziyyətdə öncə Samir Abasov, ardınca Vaqif Cavadov Mehdini ehtiyata göndərərək ümidlərini gənc Xəyala bağlayıb.

Və pis də effek verməyib.

Serbiyalı mütəxəssis də eyni yolla irəliləsə pis olmaz.

Ən pis halda Cənnətov əvəzedilməz olmadığını anlayar.

Mehdidən başqa Roi Kehat, Səbuhi Abdullazadə, Ronaldo Vaskes və Raşid Mumininin də son matçlarda özünə bənzəmədiyini qeyd etmək yerinə düşər.

Təbii ki, kütləvi dəyişiklik risk olar. Ehtiyat qüvvənin kasad olmasını da unutmaq olmaz. Ən azı 2-3 rotasiya ilə ab-havanı dəyişmək, qan dəyişikliyinə getmək isə mütləqdir.

Biz ötürməni etdik, qaldı İliçin necə qəbul etməsi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti