"Neftçi", axır ki, “şeytanın qıçını sındırdı” - VİDEO

00:40 Sumqayıt 81
"Neftçi", axır ki, “şeytanın qıçını sındırdı” - VİDEO

"Neftçi" Premyer Liqanın V turunun son matçında səfərdə "Sumqayıt"ı üstələməklə cari mövsümdə ilk qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Ağadadaş Salyanski (79-cu dəqiqə) və Alessio Kurçi (90+2-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Bununla da Samir Abasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. "Sumqayıt" isə 10 xalla ikinci yerdədir.

"Sumqayıt" - "Neftçi" 0:2

Qollar: Ağadadaş Salyanskiy, 79; Alessio Kurçi, 90+2
M.H. Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Səbuhi Abdullazadə, 52 (qeyri-idman hərəkəti); Ronaldo Vaskez, 65 (hakimin qərarına etiraz); Rüstəm Əhmədzadə, 81 (hakimin qərarına etiraz) // Sessi Dalmeyda, 29 (qeyri-idman hərəkəti); Freddi Varqas, 90 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 31 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
7. Rüstəm Əhmədzadə
8. Səbuhi Abdullazadə (k)
19. Roi Kehat
(10. Nikola Ninkoviç, 83)
9. Aleksandr Ramalinqom
14. Pedro Pinto
72. Rayan Senhadji
23. Ronaldo Vaskez
(71. Masaki Murata, 70)
80. Keffel Resende
11. Aleksa Yankoviç
(21. Nihad Əhmədzadə, 70)
25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
56. Aftandil Arixov
3. Höccət Haqverdi
6. Rauf Rüstəmli
75. Nadir Orucov
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç

“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
15. Elvin Bədəlov
17. Murad Xaçayev
77. Falaye Sako
6. Sessi Dalmeyda
24. Mustafa Sek
9. Bassala Sambu
(22. Luis Ortis, 59)
11. İmad Faraj
(28. Alessio Kurçi, 90)
10. Freddi Varqas
(4. Elvin Camalov, 90)
23. Cordan Rezabala
(19. Ağadadaş Salyanski, 73)
Ehtiyat oyunçular:
1. Emil Balayev
93. Rza Cəfərov
7. Emil Səfərov
47. Murad Məmmədov
14. Edvin Kuç
27. Kristian Kostin
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 04:30 Həsrət DÇ-nin finalında!
21 Sentyabr 02:30 “Dinamo” kimi gözləyir?
21 Sentyabr 02:10 “Buna inanmaq lazımdır”