7 il “Sumqayıt”da oynadı, “Neftçi”yə gəldi: “Xüsusi nəsə yoxdur”

20 Sentyabr 21:00 Sumqayıt 250
7 il “Sumqayıt”da oynadı, “Neftçi”yə gəldi: “Xüsusi nəsə yoxdur”

Premyer Liqanın 5-ci turunun prinsipial görüşlərindən biri Sumqayıtda baş tutacaq.

Ötən həftə “İmişli”yə məğlub olmasına baxmayaraq, texniki qələbə sayəsində xalların sayını 10-a yüksəldərək turnir cədvəlinə liderlik edən iki komandadan biri olan “Sumqayıt” geridə qalan 4 turda qələbə sevinci yaşamayan “Neftçi”ni qəbul edəcək.

Samir Abasov və köməkçilərinin, eləcə də Murad Xaçayev, Elvin Bədəlov və Cordan Rezabala keçmiş komandalarına qarşı rəqib qismində təmsil olunması oyuna rəng qatacaq.

Məsələdə adı hallananlardan biri – Murad Xaçayev Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı fikirlərini bildirib:

“Bu dəqiqə vəziyyət elədir ki, intriqa, prinsipiallıq, yaxud başqa nəsə haqda düşünməyə vaxtımız yoxdur. Hər oyun intriqa xarakteri daışıyır.

Yeganə məqsədimiz ilk qələbəmizi qazanararaq həm xallarımızın sayını artırmaq, həm də azarkeşlərimizi sevindirməkdir.

Sumqayıt səfəri bizim üçün növbəti səfərlərdən biridir. Digər oyunlara yanaşdığımız kimi hazırlaşıacağıq. Xüsusi nəsə yoxdur”.

Xaçayevin futbolçu karyerasının böyük qismi “kimyaçılar”ın heyətində keçib. Burada 7 il top qovan müdafiəçi medal qazanıb, avrokuboklarda iştirak edib, Azərbaycan millisinə dəvət alıb.

Sentyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 17:30 Çək və bizə göndər!
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı