Ukraynanı Azərbaycana dəyişdi, bu klubla anlaşdı

15 Sentyabr 2025 09:00 Sumqayıt 4 204
Ukraynanı Azərbaycana dəyişdi, bu klubla anlaşdı

“Polesye”nin yarımmüdafiəçisi Emil Mustafayev Ukrayna çempionatını tərk edir.

Sportinfo.az xəbər verir ki, o, karyerasını Azərbaycan Premyer Liqasında, “Sumqayıt”da davam etdirəcək.

Bu barədə jurnalist İqor Burbas məlumat yayıb.

Tərəflər ölkəmizdə transfer pəncərəsi bağlanmamış keçidi rəsmiləşdiriblər. Emil artıq Azərbaycana yola düşüb.

23 yaşlı futbolçu azərbaycanlı olsa da, Ukraynada doğulub və karyerasına orada başlayıb.

Emil Ukrayna millisindən təklif alsa da, seçimini Azərbaycandan yana edib. Mustafayev U-21 millisində 3, əsas yığmada isə 5 oyunda meydana çıxıb.

Emil daha əvvəl "Qarabağ" və "Neftçi"dən sərfəli təkliflər alsa da, Avropada oynamaq istədiyini bildirərək rədd cavabı verib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!