Millinin futbolçusu karyerasını ölkəmizdə davam etdirəcək

13 Sentyabr 2025 08:40 Sumqayıt 3 082
Millinin futbolçusu karyerasını ölkəmizdə davam etdirəcək

Azərbaycan millisinin futbolçusu Emil Mustafayev karyerasını ölkəmizdə davam etdirəcək.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Polissya”dan ayrılıb.

Orta sahə oyunçusunun növbəti klubu “Sumqayıt” olacaq. Belə ki, onun “gənclik şəhəri” təmsilçisi ilə danışıqlarının yekunlaşdığı bildirilib.

“Sumqayıt” yığmamızın üzvünü 1 illik icarəyə götürüb. Klub tezliklə bu keçidi açıqlayacaq.

“Polissya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Emil Mustafayev ilin ilk yarısını icarə əsasında “Çernomorets”də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə