"Bunun bizə müsbət təsiri mütləq olacaq" - "Sumqayıt"ın qapıçısı

2 Sentyabr 19:40 Sumqayıt 180
"Bunun bizə müsbət təsiri mütləq olacaq" - "Sumqayıt"ın qapıçısı

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Premyer Liqanın 3-cü turunda "Şamaxı"ı ilə bərabərliklə bitən (1:1) qarşılaşmadan sonra Sportinfo.az-a açıqlama verib.

33 yaşlı kiper ilk olaraq matç haqqında fikirlərini bizimlə bölüşüb:

"Prinsipcə, ağır oyun alındı. Hər iki komandanın qol vurmaq üçün yaxşı imkanları oldu.

Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Meydandan "sülh"lə ayrıldıq. İşləməyə davam edəcək və növbəti oyuna hazırlaşacağıq".

Qarşıdan milli komandaların oyunları ilə bağlı 2 həftəlik fasilə gəlir.

Təcrübəli oyunçu "rəsmi oyunlara veriləcək ara "kimyaçılar"a necə təsir edə bilər" sualına isə belə reaksiya verib:

"Ümidvaram ki, təsiri yaxşılığa doğru olacaq. Çünki bütün komanda təlim-məşq toplanışında olacaq.

Birlikdə kifayət qədər məşq edəcək, səfərdə "İmişli"yə qarşı keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq. Fikrimcə, xeyrimizə olmalıdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 05:00 Santuşun mətbuat vaxtı
2 Sentyabr 03:20 "Zirə"dən 200-cü ev qolu