Azərbaycandan getdi, azərbaycanlı ilə komanda yoldaşı oldu, qazancı bilindi

9 Yanvar 2025 17:40 Sumqayıt 1 124
Azərbaycandan getdi, azərbaycanlı ilə komanda yoldaşı oldu, qazancı bilindi

Bu qış "Sumqayıt"dan ayrılan Fernando Medeyrosun yeni komandası müəyyənləşib.

28 yaşlı braziliyalı karyerasını Albaniyada davam etdirəcək.Dayaq yarımmüdafiəçisi "Eqnatia" 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Medeyros daha əvvəl də "Eqnatia"da oynayıb.

Bu klubla müqaviləsi başa çatdıqdan sonra o, 2024-cü ilin iyulunda azad agent kimi "Sumqayıt"a transfer olunmuşdu. Lakin cəmi 5 ay sonra braziliyalı ilə müqavilə qarşılıqlı şəkildə ləğv edilib.

“Sambaçı” köhnə-yeni komandasında Albaniya səviyyəsində pul qazanacaq.

Millimizin müdafiəçisi Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatia” cənubi amerikalıya aylıq 4500 dollar əməkhaqqı ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 18:10 Çək və bizə göndər!
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"