COP29

"Buna inanmıram, axı "Qarabağ" nümunəsi var"

25 May 16:00 Sumqayıt 472
"Buna inanmıram, axı "Qarabağ" nümunəsi var"

“Bu mövsüm ən maraqlı futbolu biz oynayırıq. Təbii ki, “Qarabağ”dan sonra”.

Bu fikirləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov deyib.

Cəza səbəbindən bu gün Premyer Liqanın son turunda “Qəbələ” ilə matçı buraxmalı olan təcrübəli sima azarkeşlərə çağrış etməyi unutmayıb:

“Düzdü, oyunlarımızda tribunlar dolmur. Amma oyundan-oyuna say çoxalır. Bu da bizə ümid verir. İnanıram ki, bu matçda say daha çox olacaq. Belə stadionda “Sumqayıt”ı izləməyə dəyər”.

Bədəlov “Bəlkə, komanda avrokuboklara vəsiqə qazansa, növbəti mövsüm ev oyunlarına daha çox azarkeş gələr” – deyə ona ünvanlanan suala isə belə cavab verib:

“Avrokuboklara getsək belə daxili oyunlarda arenanın dolacağını gözləmirəm. Axı ortada “Qarabağ” nümunəsi var. İllərdi Avropada yaxşı nəticələr əldə edirlər, amma daxili oyunlarda yenə tribunalar dolmur”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"